Şənbə , Fevral 16 2019
Ana səhifə / Kriminal / Qırğızıstan Dövlət Gömrük Xidmətinin sabiq sədri Bakda saxlanıldı

Qırğızıstan Dövlət Gömrük Xidmətinin sabiq sədri Bakda saxlanıldı

Qırğız Respublikasının hüquq-mühafizə orqanları tərəfindən “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmiş bu ölkənin Dövlət Gömrük Xidmətinin sabiq sədri Adamkul Junusov Bakıda saxlanılıb.

“Report”un xəbərinə görə, Qırğız Respublikası Cinayət Məcəlləsinin 304-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə axtarışda olan Adamkul Junusov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tutulub.

Qeyd edək ki, A.Junusov bu ilin avqust ayında axtarışa verilib. O, 2013-2016-cı illərdə Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışıb.

Həmçinin oxuyun

“Bıçaqla uşaqlarının gözü qarşısında…” – beşqat dünya çempionu qayınatası ilə üzləşdi

“Neftçi” İdman Klubunun kikboksinq bölməsinin rəhbəri, “Xocalı” İdman Klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu, …