Ana səhifə / Kriminal / Qanunsuz tiklilər və köhnə yaşayış binaları söküləcək – Strateji Yol Xəritəsi

Qanunsuz tiklilər və köhnə yaşayış binaları söküləcək – Strateji Yol Xəritəsi

“Yenidənqurma planına qanunsuz tikililərin yerləşdiyi məhəllələr, o cümlədən keçmiş Sovet İttifaqı dövründən qalmış yaşayış binaları daxil ediləcək”.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2025-ci ildən sonrakı dövrdə təşkilati strukturunu, imkanlarını və resurslarını yeniləyərək, şəhərlərin əsaslı şəkildə yenidən qurulması və qanunsuz tikililərin yerləşdiyi ərazilərin abadlaşdırılması üçün rayonlar üzrə planlaşdırma tədbirləri həyata keçirəcək, ictimai və hökumət binaları tikəcək.

Bu, Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsində əksini tapıb.

Sənəddə vurğulanır ki, rayonlar üzrə planlaşdırma tədbirləri lazımi səviyyədə planlaşdırılmayan məhəllələrin əsaslı surətdə yenidən qurulmasını təmin edəcək. Belə tədbirlərə mənzil təminatı və şəhərsalmanın daha yaxşı planlaşdırılması (məsələn, nəqliyyat qovşaqlarına yaxınlığın təmin edilməsi) daxildir.

MİDA bu tədbirlər çərçivəsində əhalinin məskunlaşdığı hər bir rayon üzrə mənzil ehtiyaclarını təhlil edəcək və təhlil zamanı urbanizasiya cərəyanının bir hissəsi olan mümkün genişmiqyaslı əhali axınını nəzərə alacaq. MİDA ətraf ərazilərdə mümkün tikinti zonalarını müəyyən edəcək, tikinti şirkətləri ilə binaların, o cümlədən ətraf ərazilərdə yerləşən tikililərin layihələndirilməsi və xərcləri ilə bağlı danışıqlar aparacaq. 2025-ci ilədək və ondan sonrakı dövrdə aşağı və ortatəminatlı gənc ailələr mənzillə təmin ediləcək, MİDA-nın dəstəyi ilə mövcud mənzil fonduna, mənzillərin yaşına və keyfiyyətinə nəzarət ediləcək və müvafiq yeni layihələrin işlənərək hazırlanması təmin ediləcək.

Rayonlar üzrə planlaşdırmanın həyata keçirilməsi, özbaşına tikililərin abadlaşdırılması, yeni rayonların salınması və mövcud mənzil fondunun yenilənməsi üçün şəhərlərin əsaslı şəkildə yenidən qurulması planı hazırlanacaq və həmin plan “MİDA” MMC vasitəsilə həyata keçiriləcək. Belə yenidənqurma planına qanunsuz tikililərin yerləşdiyi məhəllələr, o cümlədən keçmiş Sovet İttifaqı dövründən qalmış yaşayış binaları daxil ediləcək.

Şəhərlərin əsaslı şəkildə yenidən qurulması zamanı aşağıdakı əsas istiqamətlərə diqqət yetiriləcək:

– mövcud kommunal xidmət sistemlərindən istifadə imkanlarının artırılması;

– psixoloji rahatlığın təmin edilməsi.

MİDA böyük yenidənqurma layihələrinə əlavə olaraq, tələb edilən ictimai binaların, məsələn məktəblərin, xəstəxanaların, nəzarət məntəqələrinin, stadionların və s. tikintisini rayonların layihələndirilməsi çərçivəsində həyata keçirəcək. MİDA dövlət sifarişi əsasında lazımi yaşayış, inzibati və s. binaların tikintisinə və bu istiqamətdə müqavilələrin bağlanmasına nəzarət etmək imkanlarını artıracaq.

Uyğun qiymətə mənzil təminatı sahəsində həyata keçirilən genişmiqyaslı fəaliyyət nəticəsində tikinti sektoru 2025-ci ildən sonrakı dövrdə daha da inkişaf edəcək. “MİDA” MMC-nin tender yolu ilə özəl sektor iştirakçılarını cəlb etməsi yerli tikinti şirkətlərinin daha da inkişaf etməsinə səbəb olacaq. Uyğun qiymətə mənzil təminatı layihələrində təcrübə qazanmış yerli tikinti şirkətləri arasında “çempionlar”, yəni aparıcı şirkətlər müəyyən ediləcək və həmin şirkətlər mənzil-tikinti xidmətlərini qonşu ölkələrdə də həyata keçirə biləcəklər.

“MİDA” MMC yerli işçi qüvvəsinin, tikinti materiallarının, mühəndislik xidmətlərinin və digər xidmətlərin istifadəsi baxımından tikinti şirkətlərinin tender yolu ilə müəyyən edilməsi üçün bütün lazımi tədbirləri görəcək.

APA

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın