Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Qəzada həyatını itirən 20 yaşlı Elnurun anası oğlunun öldüyünü bilmir

Qəzada həyatını itirən 20 yaşlı Elnurun anası oğlunun öldüyünü bilmir

“Elə bilir ölən təkcə həyat yoldaşıdır, oğlu isə xəstəxanadadır. Anaya 20 yaşlı oğlunun komada olduğunu deyiblər”.

Bunu virtualaz.org saytına dekabrın 23-də səhər saatlarında Rusiyanın Saxalin vilayətində qəzada həlak olan Həsənovların yaxınları deyib.

Bizneslə məşğul olan L.Həsənov mütəmadi olaraq Cənubi Saxalindən Nevelskdə yerləşən mağazalarına mal gətirirmiş. Həmişə mal dalınca ya özü, ya da oğlu gedərmiş. İlk dəfə imiş ki, ata-bala bir yerdə yola çıxıblar. Sükan arxasında 20 yaşlı Elnur əyləşib. Yolların buz bağlaması və yüksək sürət ata-balanın həyatına son qoyub.

*   *   *14:33

Rusiyanın Saxalin vilayətində ağır yol qəzası baş verib, hadisə nəticəsində 2 azərbaycanlı ölüb.

APA-nın verdiyi xəbərə görə, hadisə ötən şənbə günü günorta saatlarında baş verib. Belə ki, azərbaycanlı ata-oğulun içində olduğu “Toyota Kluger” markalı avtomobil Oqonki-Nevelsk yolunun 6-cı kilometrində avtokranla toqquşub. Cənubi Saxalindən Nevelksə hərəkət edən avtomobili oğul idarə edirmiş. Onu yuxu tutduğundan yolun kənarında park vəziyyətində olan avtokranı görməyib. Avtomobil yüksək sürətlə avtokrana çırpılıb. Nəticədə ata və oğul hadisə yerində ölüblər.

Artıq həmin azərbaycanlıların şəxsiyyəti müəyyənləşib.

Saxalin vilayətinin Nevelsk şəhərindəki Azərbaycan icmasının Ağsaqqallar Şurasının sədri Camalxan Kərimovun sayta verdiyi məlumata görə, qəzada ölənlər Azərbaycan vətəndaşları, Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuş Lətif Həsənov və oğlu Elnur Həsənovdur.

C. Kərimov Lətif Mədət oğlu Həsənovun Nevelsk şəhərində bizneslə məşğul olduğunu söyləyib: “Lətif Həsənovun bir neçə ərzaq mağazası var. Bu dəhşətli hadisə də oğlu ilə Cənubi Saxalindən Nevelskdə yerləşən mağazalarına mal gətirərkən baş verib. Hazırda həmyerlilərimizin cəsədləri Cənubi Saxalindədir. Hava şəraiti pis olduğundan cəsədlərin Azərbaycana göndərilməsi yubanır”.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …