Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Qəbələdə 23 yaşlı qızın öldüyü yanğının videosu – 3-nün vəziyyəti ağırdı

Qəbələdə 23 yaşlı qızın öldüyü yanğının videosu – 3-nün vəziyyəti ağırdı

Xəbər verdiyimiz kimi, Qəbələdə suriyalı ailənin kirayə qaldığı evdə yanğın baş verib. 

“Qafqazinfo” xəbər verir ki, ARB TV yanğın anının görüntülərini yayıb.

Qeyd edək ki, yanğın zamanı 23 yaşlı Arbua Adnan Əl-Həmidi yanaraq ölüb.

Evdə olan digər ailə üzvləri – 25 yaşlı Əhməd Adnan Əl-Həmidi, 17 yaşlı Nura Adnan Əl-Həmidi, 29 yaşlı Sara Adnan Əl-Həmidi, 1 yaşlı Adam Nudar Əl-Behni, 58 yaşlı Raba Muhammed  Əl-Rabaşda və 60 yaşlı Adnan Al-Hamidi bədənin müxtəlif bədən xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.Yaralılara ilkin yardım göstərilib, 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …