Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Prokuror Musa Tukanova cəza istəyib

Prokuror Musa Tukanova cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Musa Tukanovun məhkəməsi davam etdirilib. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, M. Tukanovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses mayın 23-də davam etdiriləcək. Qeyd edək ki, Musa Tukanov vətəndaşların müraciətləri əsasında təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda təqsirli bilinir. Musa Tukanov dövlət qeydiyyatı olmayan Azərbaycan Vahid Kommunist Partiyasının 1990-cı illərin ortalarında parçalanmış bir qanadının rəhbəri kimi tanınıb. Son illərdə Vahid Kommunist Partiyasının aktiv fəaliyyəti ilə bağlı hər hansı məlumat yoxdur.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …