Bazar ertəsi , Dekabr 17 2018
Ana səhifə / Kriminal / Prokuror “Kritı Araz”a və dəstəsinin üzvlərinə 70 il 7 ay cəza istəyib

Prokuror “Kritı Araz”a və dəstəsinin üzvlərinə 70 il 7 ay cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində cinayətkar dəstə yaratmaqda ittiham olunan kriminal aləmdə “Kritı Araz” kimi tanınan Araz Fərəcov və dəstə üzvləri – Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Virtualaz.org-un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı çıxışında Araz Fərəcovun 10 il 7 ay, Vüqar Musayev, Eltən Əliyev və Renad Zahirov hər birinim 10 il, Namiq Babayev 7 il, Elməddin Şahbazun digər cəzasının bu cəza ilə birləşməkə 18 il və Xəyyam Qurbanlının isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, A.Fərəcov Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən 2016-ci ilin dekabr ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri ilə mütəşəkkil dəstə təşkil edib. Dəstə üzvləri Bakıda və bölgələrdə yayayış yerlərini talamaq məqsədilə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları A.Fərəcov koordinasiya edib.

2017-ci il aprelin 14-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev saxlanılıb.

Mütəşəkkil dəstənin həbsdə olan A.Fərəcov tərəfindən yaradıldığı bildirilir. A.Fərəcovdan başqa, E.Şahbazov da həbsxanada ola-ola bu cinayətkar dəstənin üzvü olub. O da işləri “içəri”dən koordinasiya edib.

Xatırladaq ki, A.Fərəcovn kriminal aləmdə “Kritı Araz” kimi tanınır. Onun mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin tərəfdarlarından olduğu deyilir.

VIPedu.BIZ

Həmçinin oxuyun

Hacı Mazanın oğlunun cəzalandırılması xəbəri yayılıb

Adı müxtəlif qalmaqallarda hallanan və ictimaiyyət arasında “Hacı Mazan” kimi tanınan Hacı Ramazan Zeynalovun oğlunun …