Bazar ertəsi , Oktyabr 22 2018
Ana səhifə / Kriminal / “Privet voram!”: Azərbaycan məktəbindən məzunlar birbaşa oğru aləminə atılır?

“Privet voram!”: Azərbaycan məktəbindən məzunlar birbaşa oğru aləminə atılır?

Tədris ilinin başa çatması ilə bağlı bu gün Xaçmaz rayonunun Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyində keçirilən “Son zəng” tədbiri zamanı oğru aləmini vəsf edən mahnılar səsləndirilib.

Virtualaz.org xəbər verir ki, sosial şəbəkələrdə yayılmış görüntülərə əsasən tədbirin rəsmi hissəsinin başa çatmasının ardınca məzunlar “Dolya vorovskaya”, “Oğrular” kimi cinayətkar aləmi təbliğ edən mahnıların sədaları altında rəqs edirlər.

Azərbaycanda onsuz da son dövrlər cinayətkar aləmin, “vor zakon”ların və bu aləmin qanunlarının istər mətbuatda, istər cəmiyyətdə təbliği geniş vüsət alıb. Cinayətkar aləmi vəsf edən mahnıların, meyxanaların toylarda səslənməsi adi hala çevrilib. Və belə görünür ki, bu tendensiya çoxdan orta məktəblərə də ayaq açıb, əks halda Xaçmazdakı həmin məktəbin məzunları milli rəqsləri, yaxud vətənpərvərlik mahnılarını bir kənara atıb nədən oğru aləmini vəsf edən mahnılara oynayardılar?

Digər tərəfdən məktəblərdə son zəng tədbirlərinin təşkilatçıları bədii hissənin tərtibatına da nəzarət etməli deyilmi?

Bu sualla məktəbin direktoru Nurcahan Abasovaya müraciət etdik. Direktor  yayılmış video kadrlardan xəbərdar idi və dərhal təkzibə keçdi.  O, həmin mahnıların məktəbdəki son zəng tədbirinin başa çatmasından sonra səsləndirildiyini deyir: “Tədbir qurtarandan sonra uşaqlar özləri üçün oxuyub-oynayıblar. Yəni həmin musiqilər tədbir müddətində səslənməyib. Bizdə tədbirin proqramı da var, kim istəsə dəvət edək, gəlib baxsın. Nazirin əmri ilə saat 12-də tədbir qurtarıb və biz məktəbi bağlamışıq, dağılışmışıq. Məktəbin həyətində kimsə çalıb-oynayıbsa, ona məktəb  cavabdehdir?”

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehoğlu isə məsələdən xəbərsiz olduğunu,dedi: “Şübhəsiz ki, əgər belə hal varsa, yaxşı hal deyil. Biz bununla bağlı araşdırma aparıb sizə məlumat verərik”.

 

Həmçinin oxuyun

Bakıda 16 dilənçi saxlanıldı

Bakıda 10 nəfər dilənçi saxlanılıb. DİN-dən Moderator.az-a verilən məlumata görə, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində …