Polis sahə müvəkkili Salyanda baş verən qəzada dünyasını dəyişdi

Ötən gecə Salyan-Neftçala yolunun Salyanın Kürqaraqaşlı kəndindən keçən hissəsində baş vermiş avtomobil qəzası nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, yüksək sürətlə idarə olunan “Lada Priora” markalı 47 BE 630 dövlət nömrə nişanlı avtomaşın sərt döngədə idarəetməni itirərək dirəyə çırpılıb.

Ağır xəsarət alan sürücü , 24 yaşlı Neftçala rayon sakini, Neftçala rayonu Aşağı Surra kəndinin sahə müvəkkili, polis baş leytnantı Rza Hicran oğlu Niftəliyev hadisə yerində dünyasını dəyişib.

Qəzada həyatını itirmiş gənc polis zabitinin ailənin yeganə övladı olduğu deyilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Загрузка...