Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Oğurladığı qızılı banka girov qoyub kredit götürdü

Oğurladığı qızılı banka girov qoyub kredit götürdü

Şəmkir rayonunda oğurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun verdiyi məlumata görə, rayonun Qədimqala kənd sakininin mənzilindən qızıl oğurlanıb.

Ev sahibinə məxsus 2 min manat dəyərində qızıl zinət əşyalarının oğurlandığı müəyyən edilib. Oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkənin qonşusu 22 yaşlı Salman Qurbanzadə saxlanılıb.

O, ilkin dindirmə zamanı oğurladığı qızıllları Şəmkir şəhərində banklardan birinə girov qoyaraq, pul götürdüyünü, həmin məbləği isə özünə xərclədiyini bildirib.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri davam etdirilir.(qafqazinfo.az)

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …