Ana səhifə / Kriminal / Nizami” stansiyasında hadisə – Ağdaş sakini özünü qatarın altına atdı

Nizami” stansiyasında hadisə – Ağdaş sakini özünü qatarın altına atdı

Bu gün “Bakı Metropoliteni” QSC-nin “Nizami” stansiyasında sərnişinlərdən biri özünü qatarın altına atıb.
Bu barədə “Report”a qurumun məbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, hadisə saat 11:40 radələrində baş verib.
“Bu, 1968-ci il təvəllüdlü Ağdaş rayon sakini Tərlan Yusifovdir. O, özünü qatarın altına atsa da, xoşbəxtlikdən relslərin arasına düşüb. Dərhal relslər yüksək gərginlikli elektrik enerjisi xəttindən ayrılıb. Hadisə yerinə Təcili Tibbi Yardım xidmətinin və polis əməkdaşları çağırılıb. Həkimlər sərnişinin xəsarət almadığını bildirib”, – deyə o, qeyd edib.
B.Məmmədovun sözlərinə görə, intihara cəhd edən şəxs içkili olub. Bununla belə, faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …