Ana səhifə / Kriminal / Neft gəlirlərinin azalması iri layihələri təxirə saldı

Neft gəlirlərinin azalması iri layihələri təxirə saldı

Aşağı neft qiymətləri səbəbi ilə mövcud iqtisadi vəziyyəti dəyərləndirən Səudiyyə Ərəbistanı hökuməti 266 mlrd. 600 mln. dollar dəyərində bir çox layihə üçün aparılan danışıqları dayandırıb.
İqtisadi işlər və inkişaf şurasının rəhbəri vəliəhd Muhamməd bin Salmanın keçirdiyi iclasda bununla bağlı qərar verildiyini bildirib. Bununla belə icrası dayandırılan layihələr barədə detallı məlumat açıqlanmayıb.
Qeyd edək ki, Ər-Riyad hökuməti 26 sentyabrda mövcud iqtisadi vəziyyətlə bağlı nazirlərin, dövlət məmurlarının, şura üzvlərinin maaş və əlavə ödəmələrində ixtisarlar edib. (APA)

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın