Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Nazir: “İdxaldan asılı olan məhsulların qiyməti artacaq”

Nazir: “İdxaldan asılı olan məhsulların qiyməti artacaq”

“İstehlak bazarında süni qiymət artımının qarşısını almaq üçün bütün zəruri tədbirlər görüləcək”.
Bu barədə APA-ya açıqlamasında Tehranda rəsmi səfərdə olan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.
“Dövlət bütün zəruri tədbirləri görəcək ki, qiymətlərin süni şəkildə qaldırılmasının qarşısı alınsın. Təbii ki, manatın devalvasiyaya uğraması idxaldan asılı olan məhsulların qiymətinə təsir edir və onların qiyməti artacaq. Lakin biz bu prosesə nəzarət edəcəyik. Süni şəkildə, devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı alınacaq”, – deyə Ş. Mustafayev bildirib.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın