Şənbə , Oktyabr 20 2018
Ana səhifə / Kriminal / Nazim İbrahimovun qardaşı Kürdəxanıya köçürüldü

Nazim İbrahimovun qardaşı Kürdəxanıya köçürüldü

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimov həbs edilib.

Qafqazinfo nun əldə etdiyi məlumata görə, S. İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Məhkəmənin qərarı ilə S. İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib. O, 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, mətbuatda daha əvvəl S.İbrahimovun sahibi olduğu tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı dəfələrlə şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

Həmçinin oxuyun

“Həkimə hər ay 100 manat pul verirdim” – Narkoloji Mərkəz işi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – …