Bazar ertəsi , Oktyabr 15 2018
Ana səhifə / Kriminal / Nazim İbrahimovun qardaşı həbs edildi – Kürdəxanıya köçürüldü

Nazim İbrahimovun qardaşı həbs edildi – Kürdəxanıya köçürüldü

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimov həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S. İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. 

Məhkəmənin qərarı ilə S. İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib. O, 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, mətbuatda daha əvvəl S.İbrahimovun sahibi olduğu tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı dəfələrlə şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında pullarını geri alsalar da, mənzillərin onlara verilmədiyini bildiriblər.

Həmçinin oxuyun

Xanım alimin evindən 1 milyon oğurlamaqda ittiham edilənlər azadlığa çıxdı

Alimin evindən 1 milyon manata yaxın oğurluq etməkdə təqsirləndirilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıblar. …