Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Narkoloji Mərkəzdəki yanğına görə həkim də cinayət işinə cəlb edildi

Narkoloji Mərkəzdəki yanğına görə həkim də cinayət işinə cəlb edildi

Martın 2-də Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı daha bir nəfər cinayət işinə cəlb olunub.

Həmin şəxs orada yanğını törədən pasiyent Məhəmməd Məmmədovun həkimi Afət Məmmədovadır.
A. Məmmədova Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham edilib. O həbs edilməyib, polisin nəzarətinə verilməklə azadlıqda qalıb.

A.Məmmədova pasiyent M.Məmmədovun ailə üzvlərindən rüşvət alaraq onu qanunsuz olaraq müalicəyə qəbul etməkdə təqsirləndirilir.

A. Məmmədova da digər təqsirləndirilənlərlə birgə hakim önünə çıxarılacaq. Onların məhkəmə işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə baxılacaq. İlkin hazırlıq iclası avqustun 24-də keçiriləcək.

Qeyd edək ki, hadisə ilə bağlı Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs – Mahir Abdullayev həbs edilib. Onlar yanğın təhlükəsizliyi qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham edilir.

Daha öncə isə Mərkəzdə müalicə olunan və həmin gecə xəstəxanada yanğın törədən Məhəmməd Məmmədov həbs olunmuşdu. M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilir.

Yanğın nəticəsində 25 nəfər xəstə ölüb, 29 nəfər xəsarət alıb.

Azad Ələkbərov isə ürəyində ən əməliyyat olunduğu üçün onunla bağlı cinayət işi ayrıca icraata verilib və istintaq hərəkətsiz saxlanılıb. O, hazırda Müəllicə Müəssisəsində stasioner müalicə alır. Onunla bağlı istintaq yekunlaşmadığı üçün məhkəməyə göndərilməyib.

 

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …