Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Moskvada yüzlərlə azərbaycanlı saxlanılıb – FOTOLAR

Moskvada yüzlərlə azərbaycanlı saxlanılıb – FOTOLAR

Moskvada polis və OMON iri bazar və ticarət obyektlərində miqrantlara qarşı əməliyyata başlayıb.
Azinforum.az Musavat.com-a istinadən xəbər verir ki, bu gün səhərdən Moskvanın demək olar ki, bütün bazarlarında reydlər keçirilir.
Yüzlərlə saxlanılan var. Onların içərisində xeyli azərbaycanlı miqrantın da olduğu deyilir.
Reydlər bir neçə gün sonra Rusiyada başlanacaq futbol üzrə dünya çempionatı ilə bağlıdır.
“Bu reydlər təkcə Moskvada yox, çempionatın baş tutacağı digər şəhərlərdə də aparılacaq”,- deyə mənbə bildirib.

Həmçinin oxuyun

“Hər ay 2300 maaş, 15 min manat paket alırdım” – Sabiq nazirdən ETİRAF

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …