Cümə , Yanvar 18 2019
Ana səhifə / Kriminal / Maşına hücum çəkdi, şirkətin ofisini dağıtdı – Bakıda ŞOK HADİSƏ

Maşına hücum çəkdi, şirkətin ofisini dağıtdı – Bakıda ŞOK HADİSƏ

Bakının mərkəzi küçələrindən birində gözlənilməz hadisə baş verib.

Azinforum.az Baku.ws-ə istinadən xəbər verir ki, Səbail rayonu, Rəşid Behbudov küçəsi 55 ünvanında bir kişi aləmi bir-birinə qatıb. Kişi daha sonra “Unicapital” şirkətinin şüşələrini sındırıb.

Videodan da göründüyü kimi kişi qara rəngli maşının şüşələrini sındırıb. Hadisə yerinə polis əməkdaşları çağırılıb.

Məsələ ilə əlaqədar Səbail rayon Polis İdarəsi ilə əlaqə saxladıq. İdarənin 39-cu polis bölməsindən bildirildi ki, bir nəfərin “Volkswagen” markalı maşının şüşələrini sındırması və asayişi pozması barədə məlumat daxil olub. Hadisə yerinə polislər cəlb olunub.

Olayın baş vermə səbəbləri araşdırılır.

VİDEOYA BURADAN BAXA BİLƏRSİNİZ...

VIPedu.BIZ

Həmçinin oxuyun

Ebru Gündeşi Bakıya gətirəcəyini dedi, iş adamlarından 200 min dollar aldı və…

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “Velizadə prodakşın”ın rəhbəri Tural Vəlizadənin cinayət işi üzrə …