Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Masazırda qaz yatağı tapıldı

Masazırda qaz yatağı tapıldı

 

Abşeron rayonu Masazır kəndi ərazisində 1 km ərazidə evlər sökülə bilər. Buna səbəb Masazır kəndində təbii qaz mənbəyinin olmasıdır.

“Qafqazinfo” xəbər verir ki, ərazidə tədqiqat aparan Geologiya İnstitutunun Neft və qazın gelogiyası və geokimyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvi, professor Əkbər Feyzullayev Movqe.az-a açıqlamasında sözügedən ərazidə təbii qaz çıxışlarının olduğunu təsdiqləyib: “Həmin ərazidə təbii qaz çıxışları var. O ərazidə yerin altından çıxan qaz texnogen qaz deyil. Sözügedən ərazidə qaz yataqları var. Bu da ərazidə vulkanların olması ilə bağlıdır. Bildiyiniz kimi, o ərazidə Keyrəki vulkanı da var. İndidən sahəsini açıqlaya bilmərəm, amma təbii qaz çıxışları xeyli ərazini əhatə edir. Biz bununla bağlı yekun qərarı bu günlərdə açıqlayacağıq. Bundan sonra həmin ərazidəki tikililərin aqibəti ilə bağlı aidiyyatı qurumlar qərar verəcək”.
Qeyd edək ki, aprel ayının 9-da qəsəbənin Sarı Aşıq küçəsində Elxan Aslanova məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş vermişdi. Bundan sonra 4 gün ərzində qəsəbəyə, bir müddət isə həmin küçəyə qaz verilişi dayandırılıb. Həmin partlayışa yerin altından çıxan səmt qazının sızmasının səbəb olduğu bildirilirdi. Xeyli vaxtdır ki, burada tədqiqat aparılır. Əgər yerin altından çıxan qazın məişətdə istifadə üçün əlverişli olduğu təsdiqlənsə, 1 km ərazidə evlər söküləcək. Bu da hardasa 25-300 evin sökülməsi deməkdir.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın