Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / “Mağazadayam, çörək almağa gəlmişəm” – Ürəyindən bıçaqlandığı deyilən aktyor DANIŞDI

“Mağazadayam, çörək almağa gəlmişəm” – Ürəyindən bıçaqlandığı deyilən aktyor DANIŞDI

“Biləsuvarda toyda uzaq qohumumla sözümüz çəp gəldi. Şillə atdı, dodağım partladı. Amma bıçaqla vurulmaq söhbəti olmayıb. Hazırda rayondayam, mağazadan çörək almağa gəlmişəm”.

UlduzumSan.Az xəbər verir ki, bu fikirləri “Ölkə.Az”a açıqlamasında aktyor Mahir Mirişli ürəyindən bıçaqlanmasıyla bağlı yayılan xəbərlər münasibət bildirərkən səsləndirib. Mirişli səhhətində heç bir problem olmadığını və xəstəxanaya yerləşdirilmədiyini də sözlərinə əlavə edib.

Qeyd edək ki, Report-un yaydığı xəbərdə M.Mirişlinin ötən gün axşam saatlarında Biləsuvar rayonunun Aşağı Cürəli kəndində toy mərasimində bıçaqlandığı qeyd edilirdi.

Məlumata görə, həmin kənddə keçirilən toy mərasimində 1975-ci il təvəllüdlü Mahir Mirişli ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Mahir Mirişli aktyordur və Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır. O, qohumlarından birinin toy mərasimində iştirak edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

“Hər ay 2300 maaş, 15 min manat paket alırdım” – Sabiq nazirdən ETİRAF

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …