Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Maaşlarını ala bilməyən aktyorlar kələyə əl atdılar- AZƏRBAYCANDA

Maaşlarını ala bilməyən aktyorlar kələyə əl atdılar- AZƏRBAYCANDA

Bu hadisə Azərbaycanda yaşanıb. Özü də, elə bir vaxtda ki, hamı dövlətin kinoya xüsusi diqqət göstərdiyini qeyd edirdi. Amma o zamanın da bir çox problemləri olub ki, bu kinodan da yan keçməyib.
Hadisə 1972-ci ildə rejissor Tofiq Tağızadənin ekranlaşdırdığı “Qızıl qaz” filminin çəkilişi zamanı yaşanıb. Lənkərandakı kiçik balıqçılıq qəsəbəsinin həyat tərzindən bəhs edən filmin çəkiliş prosesindəki həmin hadisə bir çox gizli məqamları da qabartmış olur.
Related image
Moderator.az həmin əhvalatı təqdim edir:
Image result for şahmar ələkbərovla həsən məmmədov
“Xalq artisti Rafiq Əzimov filmdə müstəntiq Eldarov  obrazını yaradıb. Həmçinin, aktyorun oğlu Eldar da rejissorun diqqətini cəlb edir və ona ikinci dərəcəli rol həvalə edilir. Əvvəlcə bunu böyük hədiyyə kimi qəbul edən Eldar necə olursa, bir gün filmdə çəkilməkdən imtina edir. Heç kəs bunun səbəbini anlamır. Dənizkənarında baş tutmalı olan kütləvi səhnələrin çəkilişi buna görə dayanır. Onsuz da sərt olan rejissor Tofiq Tağızadə bir az da özündən çıxır, nə edəcəyini bilmir. Baş verənlərdən çox pərt olan Rafiq Əzimov filmdə onunla bərabər rol alan böyük aktyorlar Həsən Məmmədovla Şahmar Ələkbərovun ona baxaraq, gülümsədiklərini görür. Əsəbi halda səbəbini soruşanda isə aktyorlar yekdilliklə cavab verirlər:” Biz deməmiş oğlun çəkilişə çıxmayacaq”.
Rafiq Əzimov da təbii ki, heç nə başa düşmür. Sən demə, məsələnin kökü başqa imiş. Əzimova sonradan məlum olur ki, oğlunu çəkilişə çıxmağa qoymayan elə bu aktyorlar olub. Həsən Məmmədova Şahmar Ələkbərov aktyor dostlarının oğlunu öyrədiblər ki, çəkilişlərdən imtina etsin. Uşaq da böyük aktyorların sözünü yerə salmayıb.
Image result for şahmar ələkbərovla həsən məmmədov
Ən maraqlısı budur ki, imtina cəhdinin özü bir etiraz forması olub. Çəkilişlərdə əmək haqlarını ala bilməyən sənətkarlar bununla kələyə əl atıblar. Aylarla gecikən maaşlarını almaq üçün çəkilişə “mane olmağa” çalışıblar.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın