Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Kriminal / Məmurları döyən futbolçular qovulacaq – cinayət işi açıldı

Məmurları döyən futbolçular qovulacaq – cinayət işi açıldı

Moskvanın mərkəzindəki kafelərin birində dövlət işçilərini döyən “Zenit”in hücumçusu Aleksandr Kokorin və “Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayev öz komandalarından kənarlaşdırıla bilərlər.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, hər iki klub öz futbolçusu ilə müqaviləni pozmaq niyətindədir. Kokorinin sözləşməsində futbolçu tərəfindən hər hansı ciddi pozuntuya yol veriləcəyi təqdirdə müqaviləyə vaxtından əvvəl son qoyula biləcəyi ilə bağlı bənd var.

“Krasnodar” klubundan verilən açıqlamada isə bildirilib ki, Mamayev maksimal məbləğdə cərimələnəcək, məşqlərdən kənarlaşdırılacaq, müqaviləsinin ləğvi üçün bütün mümkün addımlar atılacaq.

Bu arada sözügedən futbolçuların dövlət işçiləri ilə insidentdən 2 saat öncə “Birinci kanal”ın aparıcısı Olqa Uşakovanın sürücüsü Viktor Solovyova da fiziki təzyiq göstərdikləri məlum olub. Kəllə-beyin travması alan sürücünün hazırda reanimasiyada olduğu bildirilir.

Onların sürücünü striptiz-klubdan sərxoş halda çıxdıqdan sonra döydüyü haqda iddia olunur.

Baş verən hadisə ilə bağlı artıq döyülmə maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, Kokorin və Mameyev kafedə Sənaye Ticarəti Nazirliyinin departament rəhbəri Denis Pak və Dövlət Federal Unitar Müəssisəsinin direktoru Sergey Qaysini döyüb. Futbolçuların həmin vaxt içkili olduğu iddia olunur.

Həmçinin oxuyun

Nazim Bəydəmirlinin məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq …