Azinforum.az-un Baku.ws-ə istinadən məlumatına görə, Həmzət Qastamirova yaxın mənbələr məlumatın yalan olduğunu bildiriblər.

Onların sözlərinə görə, Timur sağdır, internetdə yayılan video və fotodakı şəxs o deyil.

Qeyd edək ki, bir nəfər Rusiyada “Mercedes” markalı avtomobilin sükanı arxasında, naməlum şəxslər tərəfindən güllələnib. Həmin şəxsin, bir müddət əvvəl Lotu Qulini təhqir edən Həmzət Qastamirovun cinayətkar klanının Timur adlı üzvü olduğu iddia edilirdi.

Timur yaydığı video müraciətdə “Lotu Quli”ni təhqir edir və açıq şəkildə onun cəzalandırılacağını deyib. Ehtimal edilir ki, məhz bu təhdid dolu ismarıca görə Timur qətlə yetirilib.

Qeyd edək ki, Qastamirov hal-hazırda Almaniyada yaşayır. O, 2016-cı ilin avqust ayında öldürülmüş qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşlığı sayılır. Qastamirov Lənkəranskinin qisasını alacağına and içib.