Ana səhifə / Kriminal / “Lotu Quli” Azərbaycanı tərk edib?

“Lotu Quli” Azərbaycanı tərk edib?

Bir müddətdir Azərbaycanda yaşayan 46 yaşlı “qanuni oğru” Nadir Səlifov ölkəni tərk edib.
Hazırda postsovet məkanının ən nüfuzlu avtoriteti olan “Lotu Quli” yenidən Türkiyəyə qayıdıb. Həbsdən azad olunandan sonra uzun müddət Türkiyədə məskunlaşan Səlifovun gözlənilmədən Bakıya gəlməsi, burada bir neçə ay yaşadıqdan sonra geri dönməsi maraq doğurur.
Onun Türkiyədə olarkən bir neçə dəfə polis tərəfindən saxlanılması və Rusiya tərəfindən tələb olunması haqda məlumatlar yayılmışdı. Bu hadisələrdən sonra Qulinin Bakıya gəlməsi təhlükəsizliyini qorumaq və etibarlı sığınacaqla təmin olunmaq məqsədi ilə əlaqələndirildi. 
Lakin Səlifov bir neçə gün əvvəl yenidən İstanbula geri dönüş edib. Onun bu dəfə mühafizəsini gücləndirməsi, ətrafına daha etibarlı şəxslər yığması ilə bağlı məlumatlar var. Rövşən Lənkəranskidən sonra Rusiyada göyərti imperiyası uğrunda əsas savaşçılardan biri olan Quli bu ölkədəki oliqarxlarla toqquşmaq məcburiyyətində qalıb. Bu savaşdan kimin qalib çıxacağı isə yəqin ki, yaxın zamanlarda bəlli olacaq/qafqazinfo 

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …