Ana səhifə / Kriminal / London polisi Zamirə Hacıyevanın daş-qaşını və qızıllarını müsadirə etdi

London polisi Zamirə Hacıyevanın daş-qaşını və qızıllarını müsadirə etdi

London polisi Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı  Zamirə Hacıyevanın 400 min funt-sterlinq (təxminən 520 min dollar) dyərində qızıl-zinət əşyalarını  və daş-qaşını müsadirə edib.

Virtualaz.org xəbər verir ki, bu barədə “The Financial Times”, “The Guardian” və digər çoxsaylı Britaniya KİV-ləri  yazır. Qızıl-zinət əşyalarının müsadirə edilməsinə səbəb Zamirə Hacıyevanın onu xəlvəti satmaq cəhdidir. Həmin əşyaların üzərinə Z.Hacıyevanın digər aktivləri ilə birlikdə həbs qoyulmuşdu və keçmiş bankirin arvadı onların qanuni yolla qazanılmış pullar hesabına əldə olunduğunu məhkəmədə sübuta yetirə bilməsə aktivlər müsadirə ediləcək.

Xatırladaq ki, Britaniyanın Milli Kriminalla Mübarizə Agentliyi (National Crime Agency, NCA) qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində Z.Hacıyevanın on milyonlarla dollarlıq aktivlərinə həbs qoyub. Bunların arasında London Naytsbricdə dəyəri 12 milyon funt sterlinq olan malikanə, 55 milyon dollara yaxın dəyərində “Gulfstream” təyyarəsi, 14 milyon funt sterlinqə alınan qolf klub da yer alır.

Bildirilir ki, Zamirə Hacıyevanın müsadirə olunmuş daş-qaşı və zinyət əşyalarının bir müddət sonra satışa çıxarılacağı barədə operativ məlumat alan polis müsadirə barədə qərar qəbul edib. Həmin zinyət əşyaları artıq Londondakı “Christie’s” hərrac evində satışların keçirilməsi üçün verilmişdi.

NCA-nın bu gün yaydığı məlumata görə, müsadirə olunmuş 49 zinyət əşyasının ümumi dəyəri 400 min funt-sterlinqdir.

Z.Hacıyevanın müsadirə olunmuş əşyaları arasında 20 min funt-sterlinq dəyərində mirvari və 100 min funtluq “Boucheron” sapfir boyunbağılar, 20 min funtluq “Magic Alhambra” bilərziyi var.

NCA-nın yaydığı məlumata görə, Zamirə Hacıyevanın qızı Leyla Mahmudova bu əşyaları satmaq üçün “Christie’s”ə veribmiş. “Christie’s” əməliyyat haqqında NSA-ya informasiya verən kimi müsadirə barədə qərar qəbul olunub.

Zamirə Hacıyevanın bu zinyət əşyalarını 2008-ci ildə İsveçrənin San-Morits kurortundakı butiklərdə 320 min avroya aldığı müəyyənləşib.

Britaniya KİV-ləri xatırladır ki, 7 il əvvəl Britaniyanın Virgin Adalarında mənzillənən bir şirkət Londonun qərbində Harrods alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib.Ali Məhkəmə dinləmələrində evin sahiblərinin Zamirə Hacıyeva və onun həyat yoldaşı Cahangir Hacıyev olduqları aşkara çıxıb.

2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını – Mill Ride Golf Club-u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib.

O, son 10 il ərzində Harrods-da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir. Rəsmi məlumatlar Z.Hacıyevanın Harrods-ın bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) Gulfstream G550 jet təyyarəsini aldığını da ortaya çıxarıb.

Zamirə Hacıyeva Londonda alış-verişləri üçün ödənişi ərinin bankının 35 ədəd kredit kartı ilə edib.

O, üç ildən çoxdur ki, Böyük Britaniyada yaşayır. Bu ölkənin Daxili İşlər Nazirliyi xanım Hacıyevaya Britaniyada varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq icazəsi verib.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …