Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Lənkəranda ata oğlunun boğazını kəsdi – Şok olay

Lənkəranda ata oğlunun boğazını kəsdi – Şok olay

Lənkəran sakininin boğazı kəsilib. Hadisə rayonun “Mikrorayon” adlanan ərazisində qeydə alınıb.
Şəhər sakini, 1999-cu təvəllüdlü, Əli İlham oğlu Yaqubzadənin boğazı kəsilmiş halda ailə üzvləri tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona orada ilkin tibbi yardım göstərilib.
Məlumata görə, hadisə ailə münaqişəsi zəmnində baş verib. Belə ki, Ə.Yaqubzadənin boğazı atası İlham Yaqubzadə tərəfindən butulka şüşəsi ilə kəsilib. İlham Yaqubzadəin hadisəni törədərkən sərxoş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
APA

 

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …