Şənbə , Fevral 23 2019
Ana səhifə / Kriminal / Külli miqdarda dələduzluqda suçlanan ər-arvadı həbsxanada düşmən oldu

Külli miqdarda dələduzluqda suçlanan ər-arvadı həbsxanada düşmən oldu

Ər-arvadı hakim qarşısına çıxarılıb. Onlar turizm şirkətlərinə və ayrı-ayrı şəxslərə külli miqdarda ziyan vurmaqda ittiham edilirlər. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən 1988-ci il təvəllüdlü Babayeva Ellada Arzu qızı və 1985-ci il təvəllüdlü Babayev Emil Xanlar oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan məhkəmə iclasında zərərçəkmiş Aynur Zayidova ifadə verib. O bildirib ki, çalışdığı “Xəzər travel” şirkətinə 32 min manat zərər dəyib. Qeyd edilən məbləğdə Ellada Babayevaya bilet satan şirkət sonradan pulunu ala bilməyib.

Картинки по запросу 32 min manat

Zərərçəkmiş Zayidova bildirib ki, Ellada Babayevanı bir müddət əvvəl iş yoldaşı Kifayət xanımın vasitəsi ilə tanıyıb. Babayevanı bir neçə dəfə ofisdə gördüyünü deyən Zayidova onunla şəxsi münasibətinin olmadığını deyib.

“Ünsiyyətimiz də olmayıb. İşlə bağlı ofisə gəlib-gedib. Bizə müştəri gətirirdi, bilet alırdı. Bir neçə dəfə bilet alıb və 10-15 gün sonra da ödəniş edib. Sonuncu dəfə alınan biletlərin ödənişini 2 həftəyə qədər edəcəyini dedi. Amma ödəmədi. Sonra bir aya, iki aya ödəyəcəyini dedi. Bu günə qədər də ödəməyib. Sonradan 32 mindən 5 minini ödədiyini öyrənmişəm. Bildiyim bu qədərdir”.

Sualları cavablandıran Aynur Zayidova Emil Babayevi tanımadığını, onu görmədiyini deyib.

Digər zərərçəkmiş Samir Cəfərov da məhkəmədə ifadə verib.

S.Cəfərov deyib ki, təqsirləndirilən şəxsləri dostu Nicat Məmmədov vasitəsi ilə tanıyıb. Zərərçəkmiş bildirib ki, bu işdən qazanc əldə etmək üçün onlara pul verib və aldadılıb.

Картинки по запросу məhkəmə

“Mənim Nicatla yaxşı dostluq və iş əlaqələrim var. Bunları da onun vasitəsi ilə tanıdım. İş görmək üçün pul verdim. Sonra müxtəlif bəhanələrlə pulu qaytarmadılar. Deyirdilər ki, guya iş gördükləri şirkətdə vergi yoxlamaları var. Uzun müddət məni yola verdilər”- deyən zərərçəkmiş 134 min manatının geri ödənilməsini istədiyini deyib.

Məhkəmə prosesi davam etdirilir.

Qeyd edək ki, bu iş üzrə daha bir neçə nəfər zərərçəkmiş var. Onlar da turzim şirkətlərinin nümayəndələridir. Ellada Babayeva və Emil Məmmədov onlardan iş görmək, tur paketləri təşkil etmək adı ilə müxtəlif məbləğlərdə pul və təyyarə biletləri alıblar. Lakin sonradan ödənişlər geri qaytarılmayıb.

Bildirək ki, hazırda Ellada və Emil Babayevalar arasında münasibətlər yaxşı deyil. Onlar ayrı dəmir barmaqlıqlar arxasında saxlanılırlar. İttihamda göstərilən məbləğləri dələduzluq yolu ilə ələ keçirmədiklərini deyən, özlərini təqsirli bilməyən Babayevlər bir-birlərini ittiham edirlər.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Həmçinin oxuyun

Bakıda dəhşət – Ata öz məktəbliqızına tamah saldı və…

Yetkinlik yaşına çatmayan qızını zorlayan ata 1-ci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. “Ölkə.Az” xəbər …