Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Kommunal sahənin özəlləşdirilməsinin qaz, işıq və suyun qiymətinə təsiri – Ekspert rəyi

Kommunal sahənin özəlləşdirilməsinin qaz, işıq və suyun qiymətinə təsiri – Ekspert rəyi

Dövlət mülkiyyətində olan müəssisə və obyektlər özəlləşdiriləcək. Bu obyektlərin sırasında kommunal xidmətlər göstərən qurumlar da olacaq.

Özəlləşdirmə xəbərlərindən sonra əhalini daha çox narahat edən məsələlərdən biri də kommunal xidmət haqqlarının artırılıb-artırılmayacağıdır. Yəni kommunal sahədə özəlləşdirmə mövcud qiymətlərə təsir edəcəkmi?

Bu barədə iqtisadçı Azər Mehdiyev açıqlama yayıb. Onun sözlərinə görə, kommunal xidmətlər göstərən iri dövlət müəssisələri (elektrik, qaz, su, istilik və başqa enerji növlərinin paylanma şəbəkələri və s.) tam deyil, qismən özəlləşdirildiriləcək. Yəni bu qurumların öz sahələri üzrə təcrübəli və tanınmış investorlara uzunmüddətli idarəetməyə verilməsi təmin edilir: “Bu, dünyada geniş yayılmış və səmərəliliyi təsdiqini tapmış bir mexanizmdir. Sahədə böyük təcrübəsi olan ciddi investorların uzunmüddətli idarəetməsinə verilməsi kommunal sferaya dövlətlərdən çox investorların vəsait qoyması demək olacaq. Bununla, bir tərəfdən, dövlət həmin sahələrə əlavə vəsait qoyuluşundan qurtulacaq, digər tərəfdən isə bu qurumların fəaliyyətində şəffaflıq və hesabatlılıq yaradacaq. Həmin strukturların fəaliyyətinə çəkilən xərclərin şişirdilməsinin qarşısını almaqla xərclərin kəskin azalmasına gətirib çıxaracaq. Xüsusilə, bu sahələrə müasir menecment gələcək. Bu halda investorun qiymətləri qaldırmasına tam şəffaflıq və hesabatlılıq yaradılana, xərclər optimallaşdırılana qədər məhdudiyyətlər qoyulur”.

Ekspert hesab edir ki, qiymət artımı yalnız gələcəkdə real xərclərin səviyyəsi dəqiqləşdiriləndən sonra dövlətlə razılaşdırılaraq həyata keçirilir: “Vaxtilə “Bakıelektrikşəbəkə”nin “Barmek”in uzunmüddətli idarə edilməsinə verilməsini xatırlayın. “Barmek” az müddət ərzində həmin quruma çox mütərəqqi menecment üsulları da gətirmişdi. Kommunal sektora biznes yanaşmasının və keyfiyyətinin gətirilməsindən çəkinmək lazım deyil. İndiki durum dövlət vəsaitlərini dağıdanlara sərf edir”.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın