Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Kiyevdə azərbaycanlı tələbə kütləvi qarət ittihamı ilə həbs olunub

Kiyevdə azərbaycanlı tələbə kütləvi qarət ittihamı ilə həbs olunub

Ukraynanın paytaxtı Kiyev şəhərinin Solomenskiy rayon polisi Azərbaycan vətəndaşı, 1996-cı il təvəllüdlü Səfərov Daşqın Hacıağa oğlunu saxlayıb.

“Report”un əldə etdiyi xəbərə görə, Kiyevdə universitetlərin birində tələbə olan D.Səfərov kütləvi qarətdə ittiham olunur. Belə ki, yerli hüquq-mühafizə orqanlarının iddiasına görə o, Kiyevdə kütləvi qarətlə məşğul olan dəstənin fəal üzvü olub.

Rayon məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Azərbaycanlı tələbə ittihamla razılaşmır, hüquqi yardıma ehtiyacı olduğunu bildirib.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …