Bazar ertəsi , Oktyabr 15 2018
Ana səhifə / Kriminal / Kiyevdə azərbaycanlı tələbə kütləvi qarət ittihamı ilə həbs olunub

Kiyevdə azərbaycanlı tələbə kütləvi qarət ittihamı ilə həbs olunub

Ukraynanın paytaxtı Kiyev şəhərinin Solomenskiy rayon polisi Azərbaycan vətəndaşı, 1996-cı il təvəllüdlü Səfərov Daşqın Hacıağa oğlunu saxlayıb.

“Report”un əldə etdiyi xəbərə görə, Kiyevdə universitetlərin birində tələbə olan D.Səfərov kütləvi qarətdə ittiham olunur. Belə ki, yerli hüquq-mühafizə orqanlarının iddiasına görə o, Kiyevdə kütləvi qarətlə məşğul olan dəstənin fəal üzvü olub.

Rayon məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Azərbaycanlı tələbə ittihamla razılaşmır, hüquqi yardıma ehtiyacı olduğunu bildirib.

Həmçinin oxuyun

Xanım alimin evindən 1 milyon oğurlamaqda ittiham edilənlər azadlığa çıxdı

Alimin evindən 1 milyon manata yaxın oğurluq etməkdə təqsirləndirilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıblar. …