Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Kərbəlada azərbaycanlı zəvvarlar itkin düşdü – FOTOLAR

Kərbəlada azərbaycanlı zəvvarlar itkin düşdü – FOTOLAR

Daha bir azərbaycanlı zəvvar İraqda itkin düşüb.
Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən daha bir zəvvar yoxa çıxıb. Belə ki, Masallı rayon sakini 1998-ci il təvəllüdlü Fətullayev Hüseyn İltimas oğlu azərbaycanlılardan ibarət zəvvar qrupundan ayrılaraq itkin düşüb.
Məlumata görə, əqli qüsurlu H.Fətullayev gecə saatlarında zəvvar qrupundan ayrılaraq istiqaməti itirib. Qrup üzvlərini tapa bilməyən azərbaycanlı zəvvar Nəcəf-Kərbəla yolunda park edilən avtomobillərdən birinin içərisində gecələmək qərarına gəlib. Amma H.Fətullayevin avtomobildə gecələməsi onun üçün baha başa gəlib. Belə ki, digər avtomobilin onun içərisində olduğu avtomobilə toqquşaraq qəza törətməsi nəticəsində H.Fətullayev saxlanıldığı bildirilir.
Qeyd edək ki,  oktyabrın 27-də Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən Cəlilabad rayon sakini 1987-ci il təvəllüdlü Əliyev İsmayıl İntiqam oğlu da Nəcəf-Kərbəla yolunda yoxa çıxıb.
Hər iki zəvvarın axtarışları davam etdirilir.(a24.az)
Kərbəlada azərbaycanlı zəvvarlar itkin düşdü – FOTOLAR
Kərbəlada azərbaycanlı zəvvarlar itkin düşdü – FOTOLAR
Kərbəlada azərbaycanlı zəvvarlar itkin düşdü – FOTOLAR

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …