Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Kəpəzdə TÜKÜRPƏDƏN OLAY: Oğul pul üstündə atasının başını üzdü – VİDEO

Kəpəzdə TÜKÜRPƏDƏN OLAY: Oğul pul üstündə atasının başını üzdü – VİDEO

Antaliyanın Kəpəz bölgəsində 60 yaşlı atasını döyüb, boğazını kəsərək öldürdüyü iddia edilən şəxs çayxanada saxlanılıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, maddi problemlər üzündən 37 yaşlı oğlu S.Doğru ilə tez-tez mübahisə edən 60 yaşlı Hüseyn Doğru başqa məhəllədə kirayə ev götürüb və orada yaşamağa başlayıb.
Hüseyin Doğru oğlu S.Doğrunun pula ehtiyacı olduğunu düşünərək günorta saatlarında onun yaşadığı ünvana gedib. Bu zaman ata-oğul arasında mübahisə düşüb. Onların nəyin üstündə mübahisə etdikləri dəqiq bilinmir. Mübahisə davaya çevrilib və S.Doğru atası Hüseyin Doğrunun baş nahiyyəsinə dəfələrlə zərbələr endirib. Daha sonra o atasının başını kəsib. İddiaya görə ağır yaralanan atasının üzərinə qapını bağlayıb, evdən çıxan S.Doğru qaçaraq oradan uzaqlaşıb.
Bundan sonra o, Mersində yaşayan qohumuna zəng edərək “Atamı evə girən biri öldürü. Tez gəlin, hadisəni mənim üstümə atacaqlar” deyib və kömək istəyib. S.Doğrunun yaxınları bu barədə polisə məlumat verib. Hadisə yerinə çox sayda polis əməkdaşları və səhiyyə işçiləri cəlb olunub. Səhiyyə işçiləri həmin ünvana gəlsə də H.Doğru ölmüş olub.
Axtarışa başlayan polis əməkdaşları 1 saat ərzində cinayətkarı çayxanada çay içərkən tutub. S.Doğru ifadəsi alınmaq üzrə polis bölməsinə aparılıb.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …