Şənbə , Fevral 23 2019
Ana səhifə / Kriminal / İtən futbolçunun cəsədi tapıldı

İtən futbolçunun cəsədi tapıldı

Fransanın “Nant” klubundan Uelsin “Kardif” klubuna transfer olunan Emiliano Salanın qəzaya uğradığı təyyarədən iki cəsəd çıxarılıb.

“ Azinforum.az ” “Gazeta.ru”ya istinadən xəbər verir ki, cəsədlər tibbi ekspertizadan keçirildikdən sonra onların 59 yaşlı pilot David İbbotsona və futbolçu Emiliano Salaya məxsus olduğu dəqiqləşib.

Xatırladaq ki, Salanı yanvarın 22-si Fransadan Kardiffə aparan xüsusi təyyarə radardan itib.  Sonradan təyyarənin La Manş boğazı üzərində qəzaya uğradığı bəlli olub. Təyyarənin qalıqları 4 gün öncə boğazın 67 metr dərinliyində tapılıb.

Qeyd edək ki, 28 yaşlı Emiliano Sala “Nant”da 117 oyuna 42 qol vurmuşdu. O, “Kardiff Siti”nin ən bahalı transferi (15 milyon funt-sterlinq) kimi klub tarixinə düşmüşdü. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı.

Həmçinin oxuyun

Bakıda maşın aşdı – Bu yolda tıxac var

Bakıda körpünün üstündə maşın aşıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin …