Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / “İrşad Electronics”in rəhbəri intihar edib

“İrşad Electronics”in rəhbəri intihar edib

Sentyabrın 14-də vəfat edən “İrşad Electronics” MMC-nin rəhbəri İrad Ağahüseyn oğlu Hacıyevin intihar etdiyi məlum olub.

Baku.ws xəbər verir ki, bu barədə mərhumun yaxınlarından biri məlumat verib. Onun sözlərinə görə, İrad Hacıyev özünə qəsd etmək üçün çoxlu sayda dərman içib. Onun meyitini vannada aşkar ediblər. Vannanın kənarında isə intihar etmək üçün içdiyi dərmanların qutuları aşkarlanıb.

Hadisə ilə əlaqədar Bakı şəhər prokurorluğundan bildirlib ki, həqiqətən də İrad Ağahüseyn oğlu Hacıyev intihar edib.

“İrad Ağahüseyn oğlu Hacıyevin ölümü ilə əlaqədar sentyabrın 14-də Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq gedir”, – deyə məlumatda bildirilib.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …