Şənbə , Dekabr 15 2018
Ana səhifə / Kriminal / İranda toyda “Kalaşnikov”dan atəş açıldı: 4 ölü, 16 yaralı

İranda toyda “Kalaşnikov”dan atəş açıldı: 4 ölü, 16 yaralı

İranın Kirmanşah vilayətində toy mərasimində baş verən atışma nəticəsində 4 nəfər həlak olub, 16 nəfər yaralanıb. Bunu İranın Kirmanşah vilayətinin hüquq-mühafizə idarəsinin rəisi Mənuçehr Əmanullahi deyib.

Onun sözlərinə görə, hadisə Kirmanşahın Çəmən qəsəbəsində baş verib.

Əmanullahi əlavə edib ki, əvvəllər qətllərdə adı hallanan qonaqlardan biri, bir neçə qonaqla dalaşdıqdan sonra, “Kalaşnikov” markalı avtomatla toyda atəş açmağa başlayıb. Nəticədə 20 nəfər yaralanıb. Xəstəxanaya aparıldıqdan sonra 1-i qadın olmaqla 4 nəfər dünyasını dəyişib.

Hadisə ilə əlaqədar 3 nəfər saxlanılıb və atəş açan şəxsin yaxalanması üçün əməliyyat-axtarış tədbirləri davam etdirirlir. (Trend)

VIPedu.BIZ

Həmçinin oxuyun

Artıq Bakıda sevgilisi olan kişiləri də şantaj etməyə başlayıblar

Bakıda bir kişi yaşadığı “sevgi romanı” haqqında başqalarına danışıb və buna görə onu peşman ediblər. …