Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / İranda sərnişin təyyarəsi qəzaya düşdü – 66 nəfər öldü+ Yenilənib

İranda sərnişin təyyarəsi qəzaya düşdü – 66 nəfər öldü+ Yenilənib

İranda Tehran-Yasuc reysini həyata keçirən təyyarə qəzaya düşüb.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, təyyarənin göyərtəsində 60 sərnişin olub.

“Aseman Airlines” şirkətinə məxsus təyyarə İsfahan əyalətində qəzaya düşüb.

***

“Press TV”nin məlumatına görə, sərnişinlərin və ekipaj üzvünün taleyindən xəbər yoxdur. Göyərtədə olan bir neçə şəxsin yaşama ehtimalı istisna olunmur.

***

“ISNA” agentliyinin məlumatına görə, təyyarədə olan 60 sərnişin və 6 ekipaj üzvü həlak olub.

***

“Tasnim” agentliyi xəbər verir ki, təyyarə Padema dağının yaxınlığında qəzaya düşüb. Təyyarənin 20 illik olduğu bildirilir.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …