Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / “İnterpol” adam öldürməyə cəhd edən azərbaycanlını axtarışa verdi –FOTO

“İnterpol” adam öldürməyə cəhd edən azərbaycanlını axtarışa verdi –FOTO

İnterpol adam öldürməyə cəhd edən azərbaycanlı barədə axtarış elan edib.

1965-ci il təvəllüdlü Kamal Fətullazadə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilib.

Lənkəran şəhərində anadan olmuş K.Fətullazadə barəsində hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs istintaqdan yayınıb.

Azərbaycanın məhkəmə orqanı K.Fətullazadə barəsində həbs qətimkan tədbiri seçib və onun tutularaq istintaqa cəlb edilməsi haddında qərar çıxararaq, İnterpola təqdim edib.

İnterpol həmin qərar əsasında K.Fətullazadəni beynəlxalq axtarışa verib/Trend.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …