Ana səhifə / Kriminal / IMF: Azərbaycanla kredit danışıqları aparılmır

IMF: Azərbaycanla kredit danışıqları aparılmır

Beynəlxalq Valyuta Fondu (IMF) ilə Azərbaycan hökuməti arasında hər hansı kreditin ayrılmasına dair danışıqlar aparılmır. Bunu “Report”a açıqlamasında IMF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi deyib.

Qeyd edək ki, bu ilin dekabrında Azərbaycan hökuməti müxtəlif enerji layihələrini maliyyələşdirmək və iqtisadiyyatı şaxələndirmək üçün beynəlxalq maliyyə institutlarından ümumilikdə 2,5 mlrd. ABŞ dollarından çox vəsait cəlb edib. Həmin vəsaitin 1,5 mlrd. dolları Asiya İnkişaf Bankı (ADB), 400 mln. dolları Dünya Bankı Qrupu, 600 mln. dolları isə Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) payına düşür.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın