İlham Əliyev: “İnşaat sektorunda tənəzzül yaşanır”

“Bu il inşaat sektorunda tənəzzül yaşanır. Əgər biz ümumi daxili məhsulumuzun inkişafının və tənəzzülünün dinamikasına nəzər salsaq görərik ki, bu gün ümumi daxili məhsulu aşağı aparan amil inşaat sektorundakı tənəzzüldür”.

Bunu dekabrın 24-də prezident İlham Əliyev Yasamal Yaşayış Kompleksində inşa ediləcək binanın təməlqoyma mərasimində deyib.

Prezident deyib ki, tənəzzülün səbəblərindən biri dövlət investisiyalarının azalması, digəri sahibkarların mənzil inşaatına az fikir verməsiylə bağlıdır.

İlham Əliyev ümid edir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti və icra ediləcək digər layihələr nəticəsində inşaat sektoru canlanacaq:

“Bu, özlüyündə böyük bir hərəkətə, canlanmaya gətirib çıxaracaq, inşaat sektorunda minlərlə iş yeri yaradılacaq. Eyni zamanda, inşaat materialları ilə məşğul olan, onları istehsal edən şirkətlər də öz fəaliyyətini bərpa edəcək, genişləndirəcəklər”.

Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli bina Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsidir. Prezident deyib ki, bu, sosial layihədir, sosial binaların tikintisi mənzilə ehtiyacı olan ailələr üçün böyük dəstək olacaq.

Bu binaların tikintisində istifadə ediləcək materialların 80-90 faizi Azərbaycan istehsalı olacaq. Layihə çərçivəsində 29 bina tikiləcək.

İkinci layihə Hövsan qəsəbəsində icra ediləcək.

İnşa olunacaq mənzillərin alınmasındasəffaflığın təmin edilməsindən ötrü “Elektron hökumət” portalında “Güzəştli mənzil” elektron sistemi yaradılacaq. Sistem 2017-ci il mayın 1-dən etibarən fəaliyyətə başlayacaq.

Zdrave universal kremi zdrave forte