Bazar ertəsi , Dekabr 10 2018
Ana səhifə / Kriminal / İcra başçısının yaxın adamı həbs edildi – Qanunsuz tikililərə görə…

İcra başçısının yaxın adamı həbs edildi – Qanunsuz tikililərə görə…

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini saxlanılıb.
Unikal.org-a daxil olan məlumata görə, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Məmmədov Xaliq Faiq oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. O, rayonda bir sıra qanunsuz tikililərə görə saxlanılıb.
Qeyd edək ki, Xaliq Məmmədov Xətai rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədovun yaxın qohumudur.
VIPedu.BIZ

Həmçinin oxuyun

“Lotu Quli”nin azadlığa çıxdığı anın görüntüləri yayıldı – VİDEO

Bir müddət əvvəl Türkiyədə həbs olunan, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun …