Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / İçkili halda maşın sürən 22 yaşlı qız qəza törətdi – Video

İçkili halda maşın sürən 22 yaşlı qız qəza törətdi – Video

Bu gecə saat 04:30 radələrində paytaxtın Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

” Azinforum.az Oxu.Az-a istinadən xəbər verir ki, qəza Yusif Vəzir Çəmənzəminli və Faiq Yusifov küçələrinin kəsişməsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Əliyeva Gülşən idarə etdiyi “Hyundai Elantra” markalı, 90 NG 129 dövlət nömrə nişanlı avtomobili yolun kənarında dayanan yük maşınına çırpıb.

Hadisə G.Əliyevanın həddindən artıq spirtli içki qəbul etməsi və sürət həddini aşması səbəbindən baş verib. 

Qəza nəticəsində xəsarət alan Gülşən Əliyeva 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Təcili olaraq reanimasiya şöbəsinə yerləşdirib. Hazırda vəziyyəti orta-ağırdır.

Avtomobildə sürücüdən başqa onun rəfiqəsi də olub. O, qəza zamanı xəsarət almayıb.

Qeyd edək ki, Gülşən Əliyeva idarə etdiyi “Hyundai Elantra” markalı avtomobili “Rent a Car”dan iki günlük icarəyə götürüb.  

Faktla bağlı araşdırma aparılır.


Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …