Hüseynqulu Bağırovdan əfv diləyi… – “Cəzamın 6 aydan çoxunu çəkmişəm…”

DİA.AZ: – Azərbaycan Respublikasının Azərbaycan respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov cənablarına müraciət edən Xətai rayon Məhkəməsinin 29.09.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş, hazırda 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Behbudov Fuad Natiq oğlu dövlət başçısından əfv diləyir və bu işdə ETSN rəhbərinin də yarıdm edəcəyinə emid edir. DİA.AZ bir gün əvvəl Baş Prokurora və prezident İlham Əliyevə müraciət etmiş məcburi köçkün F.Behbudovun Hüseynqulu Bağırova müraciətini olduğu kimi təqdim edir:

“Hörmətli, cənab nazir!
Məlumat üçün Sizə bildirirəm ki, mən 25 avqust 1985-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşam.
Mən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə 9000 (doqquz min) manat cərimə cəzasına məhkum edilmişəm. Hazırda 16 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayıram.
Mənə təyin edilən cəzanın əvvəli 24 iyul 2017-ci il tarixdən hesablanmaqla, cəzamın 6 aydan çoxunu çəkmişəm. Cəzaçəkmə müəssisəsində rejim qaydalarını gözləyirəm, haqqımda müdiriyyət tərəfindən tənbeh tədbiri tətbiq edilməmişdir.
Ailəmiz 1993-cü ildən Ağdam rayonundan qaçqın düşüb. Ailəmizin tək oğul övladıyam. Atam qaçqınlıqdan sonra vəfat edib. Ailəmizin yükü atamın ölümündən sonra mənim üzərimdədir. Anam və bacım mənim himayəmdə yaşayırlar. Anam uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. İş qabiliyyəti yoxdur. Bacım da xəstə anama qulluq etdiyi üçün heç bir yerdə işləmir. Ailəmiz kirayədə yaşayır. Ailəmizin yeganə qazanc gətirəni mən idim. Mənim məhkumluğumdan sonra ailəmiz çox ağır durumdadır. Cəza çəkdiyim müddətdə törətdiyim cinayət və onun nəticələri haqqında çox düşünmüşəm və əməlimdən artıq dərəcədə peşmançılıq çəkirəm. Ailəmizdən ayrı düşməyim, xəstə anama və bacıma istər maddi, istərsə də mənəvi kömək göstərə bilmədiyim üçün məni çox narahat edir.
Gəncəm, subayam, əvvəllər məhkum olunmamışam, birinci məkumluğumdur.
Dəymiş zərəri tam ödəmişəm, barəmdə heç bir şikayət və tələb yoxdur və gələcəkdə də olmayacaq.
Hörmətli, cənab nazir!
Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim əfv olunmağım, yenidən köməksiz duruma düşmüş ailəmə qovuşmağım üçün köməklik edəsiniz.
Məhkumluqdan azad olunduqdan sonra Azərbaycan Respublikasının vətəndaşı adını yüksək tutacağıma, bir daha cinayət törətməyəcəyimə, faydalı əməklə məşğul olub, ailəmizi zəhmətimlə dolandıracağıma söz verirəm.
Göstərəcəyiniz köməkliyə görə Sizə əvvəlcədən öz minnətdarlığımı bildirirəm.

İmza: Behbudov Fuad
22.01.2018” 

Zdrave universal kremi zdrave forte