Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Həyat yoldaşını 5-ci mərtəbədən atıb öldürən həbs edildi

Həyat yoldaşını 5-ci mərtəbədən atıb öldürən həbs edildi

Bakıda həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürən Ramiz Taxvelinin barəsində həbs qətimkan tədbiri seçilib.

Open.az-ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, dekabrın 9-da Nəsimi rayonu ərazisində Adeliya Taxvelinin yaşadığı mənzilin eyvanından özünü atması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat tədbirləri görülüb. Araşdırmalarla A.Taxvelinin münaqişə zəminində əri Ramiz Taxveli tərəfindən qəsdən eyvandan atılması müəyyən edilib.

R.Taxveli tutulmuş, ona məxsus “Lexus” markalı avtomobilə baxış zamanı 5,647 qram marixuana aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …