Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / “Gülənçi”ləri Azərbaycandan və Ukraynadan Türkiyəyə apardılar

“Gülənçi”ləri Azərbaycandan və Ukraynadan Türkiyəyə apardılar

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) əməkdaşları Fətullah Gülən terror təşkilatının (FETÖ) iki üzvünü Azərbaycan və Ukraynadan Türkiyəyə aparıblar.

Türkiyəyə aparılanlar Gülən hərəkatının Azərbaycan üzrə “xəzinədar”ı və Gülən tərəfdarlarının Türkiyənin Mersin əyaləti üzrə “imamı”dır.

Məlumatlara əsasən, Azərbaycanda saxlanılan İsa Özdəmir və Ukraynada tutulan Salih Zəki İgit iyulun 12-də İstanbula aparılıblar. Onların hər ikisinə qarşı terror təşkilatına üzv olmaqla bağlı ittiham irəli sürülüb.

Özdəmir 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Bir müddət FETÖ strukturlarının Azərbaycan üzrə “məsulu” olub.

Salih Zəki İgit isə FETÖ adından Mersin əyalətindəki iş adamlarından vergi toplayıb. Toplanan vəsait ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənə göndərilib.

2016-cı il 15 iyul hərbi çevriliş cəhdinin iflasa uğramasından sonra İgit Ukraynaya qaçıb.(oxu.az)

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …