Şənbə , Fevral 16 2019
Ana səhifə / Kriminal / Göyçaydan Qəbələyə istirahətə gedən gənclər qəzaya düşüb, 6 nəfər xəsarət alıb

Göyçaydan Qəbələyə istirahətə gedən gənclər qəzaya düşüb, 6 nəfər xəsarət alıb

Qəbələ rayonunda 6 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə saat 23:30 radələrində Qəbələ şəhərinin mərkəzində “Merсedes” markalı minik və “İveco” markalı yük avtomobili toqquşub.

Hadisə zamanı minik avtomobilində olan 6 nəfər-Göyçay rayon sakinləri, 1987-ci il təvəllüdlü İsmayılov Elşən Elmdar oğlu, 1990-cı il təvəllüdlü Bəkirov Elçin Mahir oğlu, 1991-ci il təvəllüdlü Mərdanov Kənan Arif oğlu, 1993-cü il təvəllüdlü Babayev Səlim Soltan oğlu, 1991-ci il təvəllüdlü Babayev Fuad Soltan oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Namiq Bəhruz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Onların Göyçaydan Qəbələyə istirahətə getdiyi bildirilir.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Şəmkirli biznesmenlərin söz dueli səngimir – Novruz Xəlilov ittihamlara cavab verdi

REDAKSİYADAN: Bir neçə gün öncə musavat.com saytında “Milyonçularımızı Piterdə kimlər şərləyir və ruslara satır – sensasion təfərrüat” …