Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / General Elçin Quliyevə cəza isətənildi- “Rütbəsi və əmlakı alınsın”

General Elçin Quliyevə cəza isətənildi- “Rütbəsi və əmlakı alınsın”

“MTN zabitlərinin işi” üzrə mühakimə olunan daha bir dəstənin məhkəməsi yekunlaşır.

Musavat.com xəbər verir ki, MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Bakı Hərbi Məhkəməsində keçirilən proses hakim Elbəyi Allahverdiyev sədrlik edib.

Prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.Dövlət ittihamçısı çıxışında E.Quliyevin 15 və A.Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hökmə əsasən, hər iki şəxsin hərbi rütbəsinin alınmasını, əmlaklarının müsadirə edilməsini tələb edilib.

Qeyd edək ki, bu, artıq həbs edilən üçüncü qrup MTN zabitlərinin işidir ki, məhkəmədə baxılır.

Həbsdə olan MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev Eldar Mahmudov vəzifədən qovulandan sonra tutduğu vəzifədən azad olunaraq, MTN-in Heydər Əliyev adına Akademiyasına kafedra rəisi təyin edilmişdi.

Ancaq MTN ləğv edildikdən sonra o da həbs edilib.

Onu da əlavə edək ki, MTN işi üzrə təqsirləndirilən şəxslərin cinayət işi bir neçə yerə ayrılıb. Onlardan idarə rəisi Akif Çovdarov, general Sübahir Qurbanov və digərlərinin məhkəmə prosesi hazırda Bakı Hərbi Məhkəməsində davam edir.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …