Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Gələn il dövlət büdcəsi kəsirinin yuxarı həddi açıqlanıb

Gələn il dövlət büdcəsi kəsirinin yuxarı həddi açıqlanıb

2017-ci il dövlət büdcəsi kəsirinin yuxarı həddi 645 mln. manat məbləğində təsdiqlənib. “APA-Economics” xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev 2017-ci il dövlət büdcəsi haqqında qanunu imzaladığı müvafiq fərmanla təsdiqləyib.

Dövlət büdcəsi kəsirinin yuxarı həddinin maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) cəmi 625 mln. manat və Avropa Birliyinin qrantından daxilolmalar 20 mln. manat hesabına həyata keçiriləcək.

Qeyd edək ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri 16 mlrd. 900 mln. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 634 mln. 706 min manat, yerli gəlirləri 620 mln. 294 min manat, mərkəzləşdirilmiş xərcləri 16 mlrd. 211 mln. 286 min manat, yerli xərcləri 688 mln. 714 min manat) məbləğində təsdiq edilib.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın