Şənbə , Dekabr 15 2018
Ana səhifə / Kriminal / “Evimizdən narkotik maddə tapıblar” – Vidadi Bərdəlinin xanımından AÇIQLAMA

“Evimizdən narkotik maddə tapıblar” – Vidadi Bərdəlinin xanımından AÇIQLAMA

Bildiyimiz ki, mərhum sənətkar Vidadi Bərdəlinin oğlu Tuncay Vəliyevin saxlanılma xəbərləri yayılıb. O, iyunun 7-də saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynovu bıçaqla qətlə yetirməkdə günahlandırılır.
UlduzumSan.Az Baku.ws-ə istinadən xəbər verir ki, Tuncayın anası Nahidə xanım açıqlamasında oğlunun saxlanılmadığını bildirib:
“Yazılanların hamısı boş şeydir. Mənim oğlum adam öldürməyib və saxlanılmayıb. Məsələ belə olub: uşağım yatdığı yerdə səs-küyə çıxdı. Hamı kimi o da hadisə yerinə yaxınlaşıb. Bütün şahidləri dindiriblər, eləcə də mənim oğlumu. Tuncayı 2 dəfə çağırıb izahatını alıb, buraxıblar. Yəni mənim oğlum həbs edilməyib.
Qatili tapa bilmirlər, düşüblər mənim oğlumun üstünə. Bunu nə məqsədlə edirlər, deyə bilmərəm. Hələ heç bir şey sübut olunmayıb. Oğlumu şahid qismində aparmağa gələndə evdən narkotik maddə tapdılar. Həmin gecə bizim evə başqa bir nəfər qonaq gəlmişdi. Düşünürük ki, həmin narkotik maddəni həmin şəxs düşmənçilik məqsədilə gətirib. Bu nədirsə, düşmənlərimiz tərəfindən mənim oğluma qarşı qurulmuş bir plandır. İnanıram ki, hüquq-mühafizə orqanları məsələni aydınlaşdıracaq və Tuncayın adı təmizə çıxacaq”

VIPedu.BIZ

Həmçinin oxuyun

Artıq Bakıda sevgilisi olan kişiləri də şantaj etməyə başlayıblar

Bakıda bir kişi yaşadığı “sevgi romanı” haqqında başqalarına danışıb və buna görə onu peşman ediblər. …