Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Ermənilər Ukraynada azərbaycanlı biznesmeni ölümcül döyüblər

Ermənilər Ukraynada azərbaycanlı biznesmeni ölümcül döyüblər

Ukraynanın Luqansk vilayətinin Artemovskiy rayonunda ermənilər azərbaycanlı biznesmenə hücum edərək onu ölümcül döyüblər. 

“Report”un əldə etdiyi məlumata görə, əslən Ağdam rayonundan olan, 1975-ci il təvəllüdlü Salamov Mürvət Qulu oğlu martın 20-də şəxsi avtomobilində olan zaman ermənilərin hücumuna məruz qalıb. Ukrayna vətəndaşları olan Karen və Qriqor adlı ermənilər azərbaycanlı iş adamının əvvəlcə avtomobilini yararsız hala salıblar, sonra isə özünü avtomobildən düşürərək dəyənəklə ölümcül döyübüblər. Ermənilər hadisə yerindən qaçıblar. Yerli mafiyanın üzvü olduğu bildirilən Karen və Qriqor əvvəllər M.Salamovu dəfələrlə hədələyibmişlər.

Döyülmə nəticəsində ağır xəsarət alan azərbaycanlı biznesmen rayon xəstəxanalarının birinə yerləşdirilib, vəziyyəti ağırdır.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …