Çərşənbə axşamı , Noyabr 20 2018
Ana səhifə / Kriminal / Elmar Vəliyevi güllələyənin adı məlum oldu

Elmar Vəliyevi güllələyənin adı məlum oldu

Gəncənin icra başçısı Elmar Vəliyevə silahlı hücumun təfərrüatı məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında qeydə alınıb. E. Vəliyevə tapançadan atəş açan şəxsin axtarışda olan Yunis Səfərov olduğu bildirilir.

Həmin şəxs saxlanılıb və hadisə yerindən 3 ədəd giliz götürülüb.

FaktLa bağlı Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanda müəllim və şagirdlər arasında kütləvi zəhərlənmə olub

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən məktəblilər zəhərlənib. “Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, “Ölkəmizi …