Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Dünyaca tanınmış azərbaycanlının oğlu Afrikada öldürüldü

Dünyaca tanınmış azərbaycanlının oğlu Afrikada öldürüldü

Mərkəzi Afrika Respublikasında rusiyalı jurnalist Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyev öldürülüb.

Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən məlumat verir. Bu şəxslər həmin ölkədə qeyri-formal silahlı qrup olan “Vaqner” barədə film çəkirmişlər.

Məlumatlara əsasən, rusiyalıları blokpostda saxlayıblar və daha sonra onların ölüm xəbəri gəlib. Detallar məlum deyil.

52 yaşlı Orxan Camal tanınmış azərbaycanlı politoloq, ictimai xadim Heydər Camalın oğludur. Heydər Camal özü 2016-cı ildə vəfat edib.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …